24 məktəb direktoru mükafatlandırıldı
10:32 29.12.2020
Arxiv
395
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və Vətən Müharibəsi iştirakçısı olmuş paytaxt müəllimləri iştirak ediblər.
Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə iştirakçıları salamlayan BŞTİ müdiri Mehriban Vəliyeva düşmən üzərində qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgərlərinin döyüşlərdə böyük şücaət göstərdiyini, xalqımızın Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun əzmi sayəsində tariximizin ən parlaq zəfərlərindən birini qazandığını bildirib.
İdarə müdiri “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən Müharibəsi dövründə ölkəmizi şanlı qələbəyə aparan daxili və xarici siyasətinin təbliği ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması vəziyyəti, ordumuzun və dövlətimizin əldə etdiyi uğurların mütəmadi təşviqinin aparılması kimi məsələlərə diqqət çəkib.
BŞTİ müdiri Vətən Müharibəsində iştirak edən müəllimlərin təkcə sinif otaqlarında deyil, döyüş meydanındakı qəhrəmanlıqları ilə şagirdlərə vətənpərvərlik dərsi keçməyin mümkünlüyünü sübut etdiklərini, məktəblilər üçün örnək olduqlarını qeyd edib. İdarə müdiri xüsusi karantin rejimi bitdikdən sonra Vətən Müharibəsində iştirak etmiş müəllimlərlə bir daha görüşəcəyini də söyləyib.
M.Vəliyeva çıxışı zamanı BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 1 direktor və 18 müəllimin koronavirus infeksiyasından vəfat etdiyini bildirib.
BŞTİ müdiri distant (məsafədən) formada tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. Nazirlər Kabinetinin qərarına əsasən, distant təhsilin müddətinin 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadıldığına və distant tədris prosesinin təşkilində müəllimlərin səylə çalışmasının vacibliyinə toxunub.
M.Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlar və perspektiv məsələlərdən, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.
Çıxışı zamanı M.Vəliyeva təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını bildirib. Pandemiyanın geniş vüsət alması ilə bağlı şagirdlər və valideynlər arasında maarifləndirmə işlərinin daha da geniş formada aparılmasının vacibliyini xatırladıb.
BŞTİ müdiri keyfiyyətə nəzarət, qiymətləndirmə, ictimaiyyətlə əlaqələr, sosial şəbəkələrlə iş, informasiya mübadiləsi, olimpiadalara hazırlıq səviyyəsinin təşkili, məktəb saytlarına nəzarət, və digər məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndirib.
Sonda BŞTİ tərəfindən Fəxri fərmana layiq görülən 24 məktəb direktorunun adları açıqlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq