Bakıda şəhərdaxili sərnişindaşıma xidməti göstərən avtobuslarda gedişhaqqının kartla ödənişi sisteminə keçid üçün hazırlıqlar artıq bitməkdədi. Elektron ödəmə sisteminin tətbiqilə bağlı zəruri avadanlıqların quraşdırılmasına ötən ildən başlanıb. Digər ölkələrdə illərdi istifadə olunan bu sistem, ölkəmizdə də bəzi səs-küyə səbəb olub.
Belə ki, sistemin özəlliyi avtobusların önündən kartı və yaxud hazır bileti təqdim edərək keçmək, arxa qapıdan düşməkdi.
Bəs eyni qapıdan sərnişinlərin daxil olmağı problem yaratmayacaqmı? Bununla bağlı hüquqşünas Ərşad Hüseynovun fikrini öyrəndik.
- Nazirlər Kabinetinin sərnişin daşınmasıyla qəbul etdiyi qaydalar var. Orda birbaşa qapıların sayının 2 və 3 olan avtobuslar üçündü. Qapısı 2 olan avtobuslarda sərnişinlər qabaqdan minib arxadan düşməlidirlər, 3 qapılılarda isə 1-ci qapıdan minmək, 2-ci qapıdan həm minmək həm düşmək, 3-cü qapıdan ancaq düşmək.
Dayanacaqlarda və xüsusi yerlərdə bu kartların alışı və yüklənməsi, uzunmüddətli gedişlər, aylıq biletlər, əldə etmə prosesi icra olunacaq. Müəyyən kateqoriyalı insanlar var ki, onlar da sənədlərini göstərib avtobusdan istifadə edəcəklər.
Qabaqdan bütün sərnişinlərin minməyi və düşməyi heç bir problem yaratamayacaq. Çünki sərnişin, kartda keçidini edərək yerində əyləşəcək və düşəndə də rahat düşəcək. Və beləliklə, avtobus sürücüsü də nəzarəti girişə gücləndirəcək, bütün qapılara yox.
Ərşad müəllim öz həyatından da misal gətirdi.
- Sovet dövründə Qorki şəhərində oxuyurdum. Bakıda böyümüşdüm və burdakı qaydalara öyrəşmişdim. Avtobusa arxa mindim gördüm ki hamı mənə qəribə baxır. Orda azərbaycanlı yoldaş var idi mənə dedi ki, avtobusa ön qapıdan minərlər?
- Bizə xas adət var da. Qohum-qardaş görəndə onun yerinə bilet götürürük. İndi bu adəti necə davam etdirəcəyik?
- O məqamda bir az çətin olacaq (gülür). Uzaqbaşı bileti qohum-qardaşın sayı qədər keçirər.
Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının icrayə komitəsinin sədri Sahib Məmmədovun dediyinə görə, nəqliyyatda əksər avtobusların özəl, əhalinin gəlirinin aşağı səviyyədə olması belə xidmətə hazır deyil. "Biz 1978-ci illər səviyyəsində çox geridəyik. O zamanlar çox müasir avtobuslardan, metrolardan istifadə edirdik.” Biz o səviyyəyə çatmamışıq ki, kart sisteminə keçməyimiz nələrisə dəyişsin.