Serbiya XİN rəhbəri: Belqradla Bakı arasında birbaşa aviareyslərin...

“Belqrad ilə Bakı birbaşa aviareyslərin açılması üzərində işlər sürətləndiriləcək”.
APA xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
“Biz turizm sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Hər iki paytaxt şəhərləri birləşdirəcək aviareyslərin fəaliyyətə başlaması üzərində işləyəcəyik”.