Gürcüstanın Qaradabani şəhərində kinq boksun MMA K1 versiyası üzrə beynəlxalq turnir keçirilib. Beynəlxalq turnirdə 15 ölkə iştirak edib.
Baş Məşqçi, Əməkdar idman ustası Elçin Hüseynov "Sherg.az"a deyib ki, keçirilən turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldova, Belarusiya, İran, Bolqarıstan və Ruminiyadan idmançılar iştirak edib:
"Turnirdə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının Polis əməkdaşı Kazbek Məmmədov bu döyüşü şəhidlərimizə həsr edərək Çempion olub. Onun rəqibi Gürcüstanı təmsil edən erməni əsilli idmançı olub".