Möhtəşəm inkişaf, yüksəliş və ZƏFƏR

Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan qarşıdakı dövrdə də tarixini möhtəşəm nailiyyətlərlə zənginləşdirəcək

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Prezident 20 illik prezidentlik dönəmində Azərbaycanın milli maraqlarını layiqincə təmin edir. 
O,Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu siyasətini uğurla və böyük uzaqgörənliklə davam etdirərək Azərbaycanda bütün sahələrdə böyük inkişaf və tərəqqiyə nail olub. Məhz onun siyasi liderliyi, diplomatik səyləri və yaratdığı güclü ordu sayəsində Azərbaycan tarixinin ən şanlı, şərəfli və qürurlu günlərindən birini yaşayır. 
Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan daima tarixi qələbələrə imza atıb, sərhədələrimiz, süverenliyimiz bərpa olunub, 30 il müddətində qaçqın həyatı yaşayan vətəndaşlarımız Böyük Qayıdışla öz evlərinə, ocaqlarına qayıdır. İstənilən ölkə rəhbəri, lider üçün bu 100 illiklərlə tarix kitablarında əks olunmağa, öyrənilməyə əsasdır. Məhz Prezident İlham Əliyevin bütün istiqamətlərdə olduğu kimi, dini fəaliyyət sahəsində də həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən birinə çevrilib.

Milli Məclisin deputatı Səbinə Salmanova “Sherg.az”a açıqlamasında Prezidentin  hakimiyyəti dövründə Azərbaycanın əldə etdiyi böyük uğurlar və  əsas nailiyyətlərinə toxunub:

“Çağdaş beynəlxalq münasibətlər sisteminin reallıqları göstərir ki, dövlətin uğurları, inkişafı və qlobal səviyyədə ehtiramla qarşılanması ona rəhbərlik edən şəxsin siyasi keyfiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanın 1993-cü ildən sonrakı tarixi güclü siyasi liderlərin dövlətin taleyindəki rolu  barədə ətraflı fikir yürütməyə imkan verir.
Məhz Heydər Əliyev 1993-cü ildə xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan bütün problemlərdən xilas oldu, müstəqilliyimizin itirilməsinin qarşısı alındı. Ulu Öndər görkəmli siyasi xadimi kimi dövlətimizin etibarlı təməllərini yaratdı, inkişaf yollarını müəyyən etdi. Dövlətimiz qarşısındakı xidmətlərinə görə Heydər Əliyev xalqımızın Ümummilli Liderinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin müdirkliyi,  şəxsiyyətinin böyüklüyü və siyasi uzaqgörənliyi həm də onda idi ki, siyasi kursunun varisliyini, güclü dövlətçilik təliminin ardıcıllığını da layiqincə təmin etdi. 2003-cü ilin prezident seçkilərindən bir qədər əvvəl Ulu Öndər xalqımıza müraciətində həmvətənlərimizi cənab İlham Əliyevii dəstəkləməyə çağıraraq demişdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
2003-cü ilin prezident seçkilərində xalqımızın yüksək etimadını qazanaraq öz missiyasına başlayan Preziden İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə həyata keçirməyə başladı. Təsadüfi deyil ki, cənab İlham Əliyevin seçkilər öncəsi xalqa verdiyi vədlər vaxtından da tez yerinə yetirildi, sosial-iqtisadi inkişafla bağlı  o dövrdə qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirildi”.

Deputatın sözlərinə görə, cənab İlham Əliyev 2008, 2013, 2018 və 2024-cü ildə keçirilən prezident seçkilərində də xalqımızın etimadına layiq görülüb. Təbii ki, hər bir seçkidəki qələbənin kökündə mühüm siyasi və iqtisadi amillər dayanıb:
 “Bu baxımdan ötən 21 ilin reallıqları göstərir ki, möhtərəm İlham Əliyevin hər bir prezidentlik dövrü Azərbaycanın müasir müstəqillik tarixinə möhtəşəm uğurların yazılması ilə əlamətdar olub. Bu illər ərzində Azərbaycanın iqtisadi 3 dəfədən çox böyüyüb, vətəndaşların sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib. 
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin enerji siyasətini layiqincə davam etdirərək, onun qarşısında dayanan hədəflərə çatmasını təmin edib. Vaxtilə Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində həyata vəsiqə alıb. Cənab İlham Əliyev həm də «Cənub Qaz Dəhlizi»nin yaradılmasına nail olmaqla Heydər Əliyevin enerji siyasətini yeni mərhələyə yüksəldib, regionun enerji xəritəsinə ciddi dəyişikliklər edib. Təsadüfi deyil ki, bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyi müzakirələrində aparıcı mövqeyə malik dövlət kimi tanınır.  Bununla yanaşı, Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi əsas coğrafi məkandır. Bu gün respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərindəki iştirak səviyyəsi bir daha Prezident İlham Əliyevin müdrik siyasətindən, respublikamızın milli maraqlarını layiqincə təmin etməsindən xəbər verir”.

S. Salmanova qeyd edib ki,  Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq bütün dünya Azərbaycan regionun aparıcı dövləti kimi tanınır: 
"Respublikamız həm də beynəlxalq münasibətlər sisteminin söz sahibi olan üzvüdür. Bunu Azərbaycanın beynəlxalq problemlərin həllində yaxından iştirakı, mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfələrməsi də təsdiq edir. Dünyada tolerantlıq ünvanı kimi tanınan ölkəmiz cənab Prezident İlham Əliyevin xidmətləri sayəsində həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilib”. 
Xanım millət vəkilin fikrincə prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrüdür: “ Bu inkişaf və əldə edilən uğurlar ilk növbədə dövlətin və xalqın milli maraq və mənafelərinin təmin olunmasına xidmət edib. Onu da qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsi də gətirib.  Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edib. Bütün bunlar da təbii ki, Prezident İlham Əliyevin yüksək siyasi keyfiyyətlərindən irəli gəlir.
Prezident İlham Əlyivin respublikamıza müdrik rəhbərliyinin ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Dövlətimizin başçısı artıq həllini tapmış Qarabağ problemi ilə bağlı aparılmış danışıqlarda hər zaman prinsipial mövqe tutdu, bütün təzyiqlərə sinə gərdi, heç bir güzəşt təşəbbüsünü yaxına buraxmadı. Buna görə xalqımız inanırdı ki, cənab İlham Əliyev mütləq torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək.   Xalqımızın bu inamı Vətən müharibəsində reallığa çevrilib. 
Qeyd edək ki, həm 44 günlük Vətən müharibəsinin, həm də bir günlük antiterror əməliyyatlarının qələbə ilə başa çatması Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunun nəticəsidir. Bütün bunlar göstərir ki, məhz güclü siyasi liderlər öz xalqlarının və dövlətlərinin qarşısında dayanan istənilən taleyüklü məsələnin həllinə nail ola bilirlər. 
Ötən ay Bakıda keçirilən COP29, dekabr ayından Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi diplomatiyanın növbəti mühüm uğurları oldu. Bütün bunlar ondan xəbər verir ki, Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan qarşıdakı dövrdə də tarixini möhtəşəm nailiyyətlərlə zənginləşdirəcək”.