“Orxan Zeynalov Azərbaycana qaçmağa hazırlaşıb“

Onun cibindən Azərbaycana avtobus bileti tapılıb


Rusiyada Yeqor Şerbakovun öldürülməsində şübhəli bilinərək saxlanılan Orxan Zeynalov Azərbaycana qaçmağa hazırlaşıb. Rusiya mətbuatının yazdığına görə, onun cibindən Azərbaycana avtobus bileti tapılıb. AzNews.az "Life News”ə istinadən xəbər verir ki, o, axsam saat 18.00-da yola düşməyə hazırlaşıb, ancaq polislər onu həbs ediblər.

Məlumatlara görə o, avtobusu gözləyərkən Kolomna parkında gəzişdiyi zaman saxlanılıb. Moskva polisinin nümayəndəsi Boris Yakovçenkonun sözlərinə görə, Orxan saxlanarkən heç bir problem baş verməyib: "Xüsusi çətinlik yaranmadı. Silahı yox idi, o, rahatlıqla saxlanıldı, günahını bütünlüklə etiraf etdi”.
Daha sonra öldürülən gəncin yanında olan qız- Ksenya Popova Orxanı tanıyıb.