Orxan Zeynalov qatil deyil

Rusiya blogerləri yazır

Dünya Rusiya blogerləri müxtəlif sosial şəbəkələrdə Orxan Zeynalovun qatil olmadığını, hakimiyyətin kütləni sakitləşdirmək üçün oyun qurduğunu vurğulayırlar. ANS PRESS-in məlumatına görə, belə məntiqli bloqlardan biri "Livejournal” portalının iştirakçısı "Samolet73” tərəfindən yazılıb. Müəllif müşahidə kamerasındakı təsvir edilən insanla Orxan Zeynalov arasında ciddi fərqlər olduğunu bildirir. "Yalnız uyğun gələn azərbaycanlı sifət cizgiləridir”,- deyə bloger bildirir. Onun sözlərinə görə, qatilin dodaqları qalındır, Orxanınkı isə nazikdir. Həmçinin qatilin çənəsi qısadır, Orxanın çənəsi isə iri və dikdir. Daha sonra bloger kəllənin formasından bəhs edir. Onun sözlərinə görə, qatilin kəlləsi dartılmış və daralandır, Orxanın sifəti isə yumrudur. Qatilin yanaqları dartılmışdır, Orxanın yanaqları isə hamardır. Həmçinin blogerin sözlərinə görə, qatilin qarnı yekədir, Orxanın isə qarnı heç yoxdur. Bloger Rusiya hüquq-mühafizə orqanlarının apardığı əməliyyatı tok-şou adlandırır: "Bənzər azərbaycanlı ilə danışıblar ki, camaatı sakitləşdirsinlər”.