Finlandiya sərhədçiləri Rusiya Federasiyası ilə sərhədi qorumaq üçün təlimlər keçirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "Yle" telekanalı məlumat yayıb.
Məlumata görə, təlimlər yanvarın 8-9-da keçiriləcək. Növbəti manevrlər gələn həftəyə yanvarın 13-dən 17-dək planlaşdırılır.
Təlimdə polis, gömrük, xilasetmə xidmətləri və müdafiə qüvvələri də iştirak edir. Ümumilikdə 300-ə yaxın hərbçi iştirak edir.