Almaniyada casus dronların sayı artdı

Almaniya səlahiyyətliləri dronlardan istifadə etməklə ölkənin təhlükəsizlik obyektlərində casusluqla bağlı çoxsaylı şikayətlər qeydə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” qəzeti respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik bildirib ki, Almaniyada dronların casusluq üçün istifadəsi əhəmiyyətli dərəcədə artıb.

Departament ehtimal edir ki, dronlardan Rusiya hibrid müharibəsi üçün istifadə edə bilər.

Nəşrin məlumatına görə, ölkə üzrə polis bölmələrinə naməlum dronlarla bağlı 100-ə yaxın şikayət daxil olub.