Ölən uşaqların sayı 3-ə çatıb: Körpələr siçan dərmanından zəhərlənib
Yusif Nəzərli
21:53 08.01.2025
Dünya
534
Türkiyənin Mərsin bölgəsində yerləşənTarsusun Yeşilevler rayonunda baş verən hadisədə 6-sı uşaq olmaqla 8 nəfər zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilib. Ailənin Suriya kökənli olduğu bildirilir.
“Sherg.az” “Milliyet.com.tr.”yə istinadən bildirir ki, uşaqlardan 2 yaşlı Rana və 4 yaşlı Ömər əl-Yusufun həyatını Tarsus Dövlət Xəstəxanasında edilən bütün müdaxilələrə rəğmən qurtarmaq mümkün olmayıb. Vəziyyəti ağır olan 9 yaşlı Ahid, 7 yaşlı İlaf, 4 yaşlı Selem əl-Yusuf və 1 yaşlı Selam Duho Mərsin Şəhər Xəstəxanasına aparılıb, uşaqların atası Memun və anaları Hazal Duho da xəstəxanaya yerləşdirilib. Mersin Şəhər Təhsil və Araşdırma Xəstəxanasının Uşaq Reanimasiya şöbəsində müalicə alan uşaqlar Ahid, İlaf, Selem Elyusuf və Selam Duho dünən axşam saatlarında Etlik və Bilkent Şəhər Xəstəxanalarına göndərilib. Uşaqlardan biri, 4 yaşlı Selem Elyusuf xəstəxanaya çatdırılana kimi yolda vəfat edib. Bununla da, hadisə zamanı ölən uşaqların sayı 3-ə çatıb. Bu arada AFAD qrupları tərəfindən evdə aparılan yoxlama və ölçmələrdə zəhərli qazların aşkar edildiyi öyrənilib, siçan və ya buna bənzər zəhərin hava və su ilə reaksiya verməsi nəticəsində zəhərlənmənin baş verə biləcəyi qiymətləndirilib. Digər tərəfdən, vəziyyətinin yaxşı olduğu üçün müalicədən imtina edən ana Hazal Duho haqqında məlumatın da prokurorluğun göstərişi ilə polis tərəfindən axtarıldığı öyrənilib. Duhonun ifadəsində evlərində siçovul olduğu üçün müxtəlif yerə siçovul zəhəri qoyduğunu, uşaqların xəstələndiyini, kiçik oğlanın əlində siçovul zəhəri gördüklərini, xəstəxanaya getdiklərini düşünərək xəstəxanaya getdikləri öyrənilib. Fabrikdə çalışan ata Əl-Yusuf da ifadəsində Hazal Duho kimi evə siçovul zəhəri tökdüklərini deyib. Digər tərəfdən, AFAD qrupları bu gün son yoxlamalarını tamamlayıb. Araşdırmalardan sonra əldə edilən tapıntıların bu gün Ankaraya göndəriləcəyi bildirilib. 3 uşağın ölümü ilə nəticələnən hadisə ilə bağlı qonşular ailənin 3 ilə yaxındır burada yaşadığını, amma onları yaxşı tanımadıqlarını bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə