“İranın Məkkə Sazişinə qoşulmasına heç bir maneə yoxdur. Qərar koalisiyanın üç əsas tərəfdaşının ixtiyarındadır”.
APA xəbər verir ki, bunu Pakistan ordusunun mətbuat katibi general-leytenant Əhməd Şərif Çaudri deyib.
O həmçinin ABŞ və İran arasında vasitəçilik səyləri ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib.
Qeyd edək ki, avqust ayının 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Sazişi imzalanıb. Sazişə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək.