"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı

"Bavariya" futbol klubunun hücumçusu Harri Keyn 2026-cı ilin "Qızıl top" ("Ballon d'Or") uğrunda mübarizəsində "Real Madrid"in forvardı Kilian Mbappeni cəmi 28 xal qabaqlayıb.

Oxu.Az bildirir ki, bu barədə "Qızıl top" mükafatını təsis edən "France Football" nəşri məlumat yayıb.

Səsvermənin rəsmi yekunlarına əsasən, ingilis futbolçu 1 055 xal, fransız hücumçu isə 1 027 xal toplayıb. Üçüncü yeri 881 xalla "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal tutub.

İlk beşliyə həmçinin Rodri (726) və Lionel Messi (612) daxil olublar. Altıncı pillədə Xviça Kvaratsxeliya (541), yeddinci pillədə Usman Dembele (418), səkkizinci pillədə Erlinq Holand (378), doqquzuncu pillədə Maykl Olise (296) və onuncu pillədə Fabian Ruis (201) qərarlaşıblar.