Rusiya və ABŞ Əbu-Dabidə növbəti danışıqların tarixi ilə bağlı razılaşma prosesinə başlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Pavel Zarubinə bildirib.
Uşakov qeyd edib ki, Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların tarixləri barədə razılığa gəlmək üçün amerikalılarla işə başlanılıb: "Bu danışıqlar noyabr ayında keçiriləcək. Hazırda tarix barədə razılığa gəlirik".