2500-dən çox namizəd direktor olmaq üçün müraciət edib
13:30 02.10.2020
Arxiv
463
Sentyabrın 28-dən start verilən direktorların işə qəbulu üzrə müsabiqədə iştirak üçün 2508 namizəd elektron qeydiyyatdan keçib, 1648 namizəd müsabiqədə iştirakını təsdiq edib.
Təhsil Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 23:59-dək miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müsabiqəyə elektron qeydiyyat zamanı hər hansı bir çətinliklə qarşılaşan şəxslər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 mobil nömrəsinə zəng edərək bu barədə məlumat verə bilərlər. Həmin şəxslərin müsabiqə üzrə elektron qeydiyyatı İnsan resursları şöbəsi tərəfindən həyata keçiriləcək və məlumatları araşdırıldıqdan sonra onların direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakı təmin olunacaq.
Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar "COVID-19" testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya