26 yaşlı oğlan dəm qazından öldü

Goranboyda 26 yaşlı gənc zəhərlənərək ölüb. 
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində qeydə alınıb. Quba rayon sakini, 1994-cü il təvəllüdlü Şəhriyar Əzizov hamamda olarkən dəm qazından zəhərlənib. 
O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 
Faktla bağlı araşdırma aparılır.