300 nəfərin iştirakı planlaşdırılır

Koronavirus peyvəndi 6-17 yaşlı uşaqlar arasında test ediləcək

Yeni koronavirus peyvəndi 6-17 yaşlı uşaqlar arasında test ediləcək.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, bunun üçün artıq Oksford Universitetinin "St George" , "Southampton" Universiteti  və "Bristol" uşaq xəstəxanasında aparılacaq klinik sınaq üçün könüllü qeydlərinə başlanılıb. "Covid-19"-un peyvənd sınağında 300 uşağın iştirakı planlaşdırılır. Onlardan  240-a "Covid-19", 60-na isə meningit peyvəndinin vurulması nəzərdə tutulub. Təcrübədə "Oxford-AstraZeneca" peyvəndindən istifadə ediləcək.
Qeyd edək ki, bundan öncə Almaniyanın "BioNTech", ABŞ-ın "Pfizer" peyvəndlərinin 12-17 yaşlı uşaqlar arasında sınaqdan keçiriləcəyini açıqlamışdılar.