4 tondan çox narkotik bitki yandırıldı

Ağstafada külli miqdarda narkotik bitki məhv edilib.
DİN mətbuat xidmətindən "Sherg.az"a verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Soyuq Bulaqlar qəsəbəsi ərazisində 1,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 4 ton 230 kiloqram çəkidə 4700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.