45 QHT alman nazirin açıqlması ilə bağlı bəyanat yaydı
13:06 08.10.2020
Arxiv
525
Azərbaycan QHT-ləri Almaniyanın Xarici İşlər naziri Hayko Maasın Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlaması ilə bağlı bəyanat bəyanat yayıb.
"Sherg.az"ın əlumatına görə, bəyanatda deyilir:
- Biz Azərbaycan QHT-ləri olaraq bildiririk ki, Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Hayko Maasın Azərbaycana birtərəfli atəşkəsə dair çağırış etməsi və ölkəmizə təzyiq göstərilməsi barədə Almaniya Bundestaqında açıqlama verməsinin ictimaiyyətimizdə ciddi təəssüf hissi ilə qarşılanıb.
Məlum olduğu kimi, 27 sentyabr 2020-ci ildən etibarən Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Ermənistan davamlı olaraq Azərbaycanın mülki əhalisini, strateji sənaye obyektlərini, o cümlədən Avropanın enerji təhlükəsizliyində prinsipial rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəmərini və münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşən iri şəhərləri raket atəşinə tutur. Son iki həftədə Ermənistan beynəlxalq humanitar hüququ və Cenevrə konvensiyasını kobud şəkildə pozaraq uzaq mənzilli raket və artilleriyadan istifadə edərək Azərbaycanın 32 günahsız mülki vətəndaşını qəsdən öldürüb və 165-ni yaralayıb, 1000-dən çox evi və mülki infrastrukturu isə dağıdıb.
Hesab edirik ki, ATƏT-in Minsk Qrupuna üzv olan, Avropada və dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rol oynayan dövlət olaraq Almaniya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq aləmin tanıdığı sərhədlərinin toxunulmazlığı prinsipini birmənalı müdafiə edən BMT Təhlükəsizlik Şurası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT Parlament Assambleyası, eləcə də Almaniya Bundestaqının müxtəlif illərdə qəbul etdikləri qərar və qətnamələrinə hörmətlə yanaşmalı və işğalçı Ermənistanın indiyə kimi bu tələblərə əməl etməməsini şiddətlə qınamalıdır.
Qeyd olunanları nəzərə alaraq biz, yuxarıda adı çəkilən sənədləri qəbul edən tərəf olan Almaniyanı Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləməyə və regionda atəşkəsin və sülhün bərpasını təmin etmək üçün Ermənistanın işğal olunmuş ərazilərimizi dərhal, tam və qeyd-şərtsiz tərk etməsini tələb etməyə çağırırıq.
Ümid edirik ki, Almaniya hər zaman olduğu kimi bundan sonra da özünün obyektiv və beynəlxalq hüquqa uyğun prinsipial mövqeyini qoruyub saxlayacaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət