6308 tarixi abidə dövlət mühafizəsinə götürüldü - RƏSMİ
13:40 19.09.2020
Arxiv
588
Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə “İrsimiz məsuliyyətimizdir” adlı layihəyə başlanılıb.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və tərəfdaş qurumların əməkdaşları layihənin ilk tədbirində iştirak ediblər.
İlkin olaraq layihə çərçivəsində Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən XIX əsrə aid tikili – tarixi hamam binası ətrafında təmizlik-abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Yerli əhəmiyyətli memarlıq abidəsində mühafizə lövhəsi yenilənib.
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “İrsimiz məsuliyyətimizdir” layihəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, aksiyanın əsas məqsədi ölkəmizin qədim və zəngin mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi, eyni zamanda ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir: “Abidələr bizim irsimiz, tarixi yaddaşımız, milli kimliyimizi göstərən bir mirasdır. Bu gün burada yerləşən tarixi tikili ətrafında təmizlik işləri aparıldı. Ümid edirik ki, təkcə dövlət qurumları yox, həm də vətəndaşlarımız, media nümayəndələri, sosial şəbəkələrdəki fəallar, qeyri-hökumət təşkilatları da bu prosesə qoşulacaqlar”.
A. Kərimov diqqətə çatdırıb ki, “İrsimiz məsuliyyətimizdir” layihəsi ölkəmizin başqa guşələrində də davam etdiriləcək. O qeyd edib ki, hazırda respublika üzrə dövlət mühafizəsinə götürülmüş tarixi abidələrin sayı 6308-dir: “Aparılan monitorinqlər nəticəsində aşkar olunan abidələrin də müvafiq meyarlar üzrə bu siyahıya əlavə olunması nəzərdə tutulub. Bundan sonra prioritetləri müəyyən edərək abidələrdə bərpa və konservasiya işləri həyata keçiriləcək. Bu sahədə özəl sektorun iştirakını təmin etmək niyyətindəyik. Özəl sektorun iştirakını təmin etmək üçün müvafiq şəraitin yaradılması, bəzi güzəştlərin edilməsi istiqamətində də iş aparılır”.
Aksiyada iştirak edən Buzovna qəsəbəsinin sakinləri tarixi abidəyə göstərilən diqqətə görə öz minnətdarlığını bildiriblər. Qeyd olunub ki, hamam XIX əsrdə Məmmədrza Təhməzov tərəfindən tikilib və uzun müddət Buzovna qəsəbəsində yaşayan əhalinin istifadəsində olub.
Qeyd edək ki, layihə çərçivəsində davamlı olaraq bu cür aksiyaların keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi