72 yaşlı kişi sirkə turşusundan zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1948-ci il təvəllüdlü Abdulayev Elbrus Bəşir oğlu sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal yaşlı kişiyə lazimi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.