81 yaşlı kişinin 44 yaşlı arvadını öldürməsinin təfərrüatı: “Gələnə də söz atırdı, gedənə də”
10:53 05.09.2020
Arxiv
471
Sabirabadda 81 yaşlı kişinin 44 yaşlı həyat yoldaşını qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.
Qəzli kənd sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, cütlük 6-8 il bundan öncə evlənib:
“Bu, Yaqub Eyyubovun ikinci evliliyidir. Birinci ailəsindən böyük uşaqları var. İlk həyat yoldaşı vəfat edib. Ondan bir az sonra Yaqub kişi evlənməyə qərar verib. Uşaqları da buna qarşı çıxmayıb, evlənməsinə razı olub. O, Mətanəti rayonun qonşu kəndlərinin birində görüb.
Özündən 44 yaş balaca idi. Bir dəfə evli olub, ayrılıbmış. Evləniblər, Mətanəti evinə gətirən Yaqub kişi uşaqlarından ayrı həyətdə balaca bir ev tikib, elə orada da yaşayıblar. Yaşla əlaqədar Yaqub Eyyubovun səhhətində müəyyən psixoloji problemlər yaranırdı. Ara-sıra Mətanətlə aralarında mübahisə düşürdü”.
Kənd sakinləri deyir ki, bu cütlüyün mübahisəsi zamanla hüquq-mühafizə orqanlarına kimi gedib çıxıb:
“Deyilənə görə, aralarında mübahisə yarananda Yaqub Eyyubov Mətanətdən şikayət edib. Aralarında böyük yaş fərqi var idi. Heç bilmirik hadisəyə necə yanaşaq. Kİşinin səhhətində ciddi problemlər var idi, gələnə də söz atırdı, gedənə də, hətta nəvəsi yaşda olanlara da söz atırmış”.
Qeyd edək ki, ötən gün Sabirabadda qətl hadisəsi baş verib. Sentyabrın 4-də saat 15 radələrində Sabirabad rayonu, Qəzli kəndi ərazisində 1939-cu il təvəllüdlü Yaqub Eyyubov qısqanclıq zəminində həyat yoldaşı 1976-cı il təvəllüdlü Mətanət Nuriyevanı bıçaqlayaraq öldürüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq