9 nəfər və 2 meyit dağıntılar altından çıxarılıb - FHN
11:57 07.10.2020
Arxiv
610
Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini - döyüş bölgələrindən kənarda yerləşən şəhər və kəndlərdəki mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir.
Fövqəladə Hallar Nazirliyindən "Sherg.az"a verilən məlumata əsasən, ümumilikdə, qeyd edilən dövrdə 21 fərdi yaşayış evi, 2 mənzil, 20 təsərrüfat, 2 ticarət və 1 infrastruktur obyektində, habelə, qəbristanlıq, qamışlıq, açıq sahə və Ağgöl Milli Parkı kimi ərazilərdə baş vermiş 10 yanğın hadisəsinin qarşısının alınması məqsədilə FHN-in müvafiq qüvvələri səfərbər edilib. Qeyd edilməlidir ki, bir sıra hallarda yanğın baş vermiş ərazi düşmən tərəfindən intensiv atəş altında saxlanıldığından yanğınsöndürmə qüvvələrinin hadisələrə operativ müdaxiləsi mümkün olmayıb.
Bundan əlavə, xəsarət almış 9 nəfər və 2 cəsəd düşmənin raket atəşləri nəticəsində dağılmış evlərin dağıntıları altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, əhalinin fövqəladə hallara hazırlığı məqsədilə nazirlik tərəfindən fövqəladə hallarla bağlı davranış qaydalarına dair mütəmadi maarifləndirmə işləri aparılır. Ümumtəhsil, orta ixtisas və ali təhsil, tibb, istehsalat, turizm və digər müəssisələrdə, habelə KİV və sosial şəbəkələr vasitəsilə aparılan maarifləndirmə işləri sayəsində fövqəladə hallarla bağlı müvafiq davranış vərdişlərinin formalaşması təmin olunur. Həmçinin, əhalinin mülki müdafiə sahəsində hazırlığı və maarifləndirilməsi məqsədilə Nazirlik tərəfindən mülki müdafiə kursları və məşğələləri təşkil edilir, kompleks mülki müdafiə təlimləri, cəbhəboyu zonalarda yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində maarifləndirmə tədbirləri və digər tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alen Simonyan son sərəncamını verdi: Mükafat payladı
23:35 03.07.2026
Cənubi Qafqaz
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya