9 yaşlı qızını koronadan itirdi
02:12 18.09.2020
Arxiv
860
Ağrılı ata "bu işin zarafatı yoxdur" deyə danışdı
Ərzurumda koronavirus səbəbindən dünyasını dəyişən 9 yaşlı Esmanur Kartalın atası hər kəsə müraciət edib.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müraciətdə Esmanurun atası, ixtisasca həkim olan Qafur Kartal hər kəsə koronavirusdan çox ehtiyatlı olmağı tövsiyə edib. O bildirib ki, insanlar çox yalnış addımlar atırlar:
"Hər kəsə səslənirəm. Çox diqqətli olmalısınız. Bu iş zarafat deyil. Lağ edənlər çox böyük səhv edirlər. Qızım 5 yaşında ikən ona dəyişkən immun çatışmazlığı diaqnozu qoyuldu. Xəstəliyi səbəbindən 20 gündən bir xəstəxanada müalicə alırdı.
Müalicə olunduğumuz müddət ərzində problemimiz olmadı. Bu, həssas bir xəstəlik olduğundan qızımın heç bir şəkildə virusa yoluxmaması lazım idi. Qızımı bugünədək bacardığım qədər qorudum. Onu axırıncı dəfə avqustun 25-də xəstəxanaya gətirdim.
Bir həftədən sonra bərk xəstələndi. Həkimlər koronavirusdan şübhələndilər və test etdilər. Qızımı koronavirusdan müalicə olunan xəstəxanaya yerləşdirdilər. O, tənəffüs prosesində çox ciddi problemlərlə qarşılaşdı. Həkimlər bacardıqları hər şeyi etdilər. Ancaq qızım intubasiya edildi. Onun ağciyəri, qaraciyəri və böyrəkləri sıradan çıxmağa başladı və o, aparata bağlandı.
Məni də test etdilər, nəticə müsbət oldu. Qızıma virusun harada yoluxduğunu bilmirik. Sentyabrın 13-də karantindən çıxdığım gün qızımın ölüm xəbərini öyrəndim. Vallah, qızım məni gözlədi".
O bildirib ki, koronavirusu lağlağı edənlər çox böyük səhv edirlər:
"Səhiyyə işçisi olduğumuzdan koronavirusdan ölənləri və xəstəxanaya yerləşdirilənləri daim görürük. Çox ağrılı bir vəziyyətdir. Allah heç kimə yaşatmasın! Mənim canım getdi, başqa canlar getməsin. Xahiş edirəm maskanızı taxın, məsafəyə diqqət yetirin".
Qeyd edək ki, 4-cü sinif şagirdi olan Esmanur Kartal ailəsinin 3 uşağından ən kiçiyi olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual