ABŞ-da Prezident seçkiləri ərəfəsində Yer kürəsi asteroid zərbəsi ilə qarşılaşacaq
04:30 19.10.2020
Arxiv
463
“ABŞ-da Prezident seçkilərindən bir gün əvvəl Yerə soyuducu böyüklüyündə asteroid düşə bilər”.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu amerikalı astrofizik Neil DeGrasse Tayson iddia edib.
Onun sözlərinə görə, "Asteroid 2018VP1” adlandırılan kosmik daş saatda 25 min mildən çox (təxminən, saatda 40,2 min kilometr) sürətlə palnetimizə doğru irəliləyir.
Asteroidin Yer kürəsinə zərər verəcək qədər böyük olmadığını deyən alim zarafatla qeyd edib ki, "deməli, dünyanın sonu 2020-ci ildə gəlsə, kainatın günahı olmayacaq”.
Qeyd edək ki, sözügedən asteroidin noyabrın 2-də Bakı vaxtı ilə təxminən 19.33-də Yerə minimum məsafədə yaxınlaşacaq. Astronomların fikrincə, göy cismi Yer kürəsindən 384 min kilometr aralı keçəcək. Asteroidin Yer atmosferinə girmə şansı 0.41 faizdir.
Xatırladaq ki, “Asteroid 2018 VP1” ilk dəfə 2018-ci il noyabrın 3-də kəşf edilib. O, Apollon qrupuna - Yerin orbitini keçən asteroidlərə aiddir.
Məlumat üçün bildirək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Bir çox ştatlarda erkən səsvermə artıq başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz