ABŞ mediası: "Bir ailənin bütün üzvləri Ermənistan qüvvələri tərəfindən qətlə yetirilib"
05:59 29.09.2020
Arxiv
351
ABŞ-nın müxtəlif media saytlarında Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü haqqında məqalələr dərc olunub.
Bu barədə APA -ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Səfirlik tərəfindən hazırlanan məqalədə qeyd olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşən Ermənistan silahlı qüvvələri sentyabrın 27-də atəşkəs rejimini bir daha pozaraq mülki əhalinin məskunlaşdığı yerləri, həmçinin təmas xətti boyunca Azərbaycan Ordusunu kütləvi artilleriya atəşinə tutub.
Azərbaycan kəndlərinin bombalanması nəticəsində bir sıra mülki şəxs həlak olmuş, bir çoxu yaralanıb. Yaşayış yerlərinə və mülki infrastruktura ciddi ziyan dəyib. İndiyə qədər 19 mülki şəxs yaralanıb və xəstəxanaya yerləşdirilib. Azərbaycanın Naftalan rayonunda yalnız bir evin atəşə tutulması nəticəsində uşaqlar da daxil olmaqla bir ailənin bütün üzvləri Ermənistan qüvvələri tərəfindən qətlə yetirilib.
Ermənistanın sonuncu təxribatları 12-14 iyul tarixlərində beynəlxalq sərhəd boyunca Tovuz rayonu istiqamətində Azərbaycana qarşı törədilib və Azərbaycan tərəfinin general mayorunu və 76 yaşlı mülki vətəndaşını itirdiyi hücumların davamıdır.
BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib. Rusiyadan silahların kütləvi şəkildə Ermənistana daşınmasının son aylarda intensivləşməsi açıq müharibə hazırlığının göstəricisi idi. Bununla yanaşı, cari sülh prosesini açıq şəkildə rədd edən və daha çox ərazilərin işğalına səsləyən Ermənistan baş naziri Paşinyanın və müdafiə naziri Tonoyanın müharibəyə çağıran bəyanatları Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi danışıqlar prosesinə ciddi zərbə vurub. Bu xüsusda Prezident İlham Əliyevin Ermənistanın davamlı hərbi təxribatları barədə BMT-dəki xəbərdarlığı Ermənistanın az sonra mülki azərbaycanlılara qarşı hücumu etməsi ilə öz təsdiqini tapıb.
Döyüşlərin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozaraq Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın beynəlxalq suveren ərazilərində aparılmasının dərk edilməsi olduqca vacibdir. Prezident İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, iyulda sərhəd boyunca hücuma keçən Ermənistandan fərqli olaraq, Azərbaycanın Ermənistan Respublikasının ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan hər zaman iki ölkənin firavan gələcəyi naminə müfəssəl və nəticələrə yönəlmiş danışıqları dəstəkləyib.
Biz dünya ictimaiyyətini Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilə bilinməyəcəyini və qəbuledilməzliyini Ermənistana izah etməyə çağırırıq.
Ümid edirik ki, regionumuzda davamlı sülh qalib gələcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm