Acı bibər turşusunun inanılmaz faydaları: dəmir, kalium və kalsium...
11:27 01.09.2020
Arxiv
3909
“Bədəni gücləndirir və mikroblara qarşı mübarizədə bədənə müqavimət göstərir”
“İsti bibər, ən sadə formada olsa da masaların tacıdır. İsti bibər orqanizmə A vitamininin 25 faizini ödəyirsə, 1 böyük çili bibəri gündəlik C vitamini ehtiyacının demək olar ki hamısını qarşılayır. İsti turşu bibəri sirkə tərkibinə görə bənzərsiz bir prebiyotik olur”.
“Sherg.az”ın məlıumatına görə, bu sözləri fizioterapevt-reabilitoloq Ramin Quliyev şəxsi “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, acı duzlu bibər yalnız kalorisiz bir qida deyil, eyni zamanda arıqlamağa kömək edən qidalardan biridir:
“Yüksək lifli qida olduğundan həzm problemləri üçün faydalıdır. Sərbəst radikalları məhv edən acı turşu bibərinin ən vacib faydalarından biri də xərçənglə mübarizə aparmaqdır. İsti turşu bibəri və bu turşunun suyunda insan orqanizmi üçün zəruri olan maqnezium, dəmir, kalium və kalsium kimi bir çox mineral var. İsti turşu bibəri daha çox qış aylarında istehlak edildiyi üçün immunitet sistemi üçün də müsbət faydaları var.
Bədəni gücləndirir və mikroblara qarşı mübarizədə bədənə müqavimət göstərir”.
Fermentləşdirilmiş üzvi sirkə ilə hazırlanan acı turşu bibəri, həzm sistemindəki zərərli mikroblara qarşı faydalı bakteriyalar ehtiva etdiyini yazan həkim onun tərkibindəki süd turşusu qan dövranını artırdığını və damarları açdığını vurğulayıb:
“Acı turşu bibərində istifadə olunan sirkə pektin adlı bir maddə ilə olduqca zəngin olduğundan ürək-damar xəstəlikləri olanlara müsbət təsir göstərir. Turşu bibərin faydaları çox olsa da, çox yeməmək də vacibdir.
Çünki həddindən artıq istehlak edilən acı turşu bibəri bu problemin daha çox hemoroid problemi olanlarda aşkarlanmasına və narahat olmasına səbəb olur.
Eyni zamanda həddindən artıq istehlak duzun tərkibinə görə böyrəklərdə problemlər yarada bilər. Bu səbəbdən kifayət qədər miqdarda yeyilməsi vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə