Ağ ciyər absesinin kliniki şəkli
19:23 09.02.2021
Arxiv
565
Ağciyər absesinin inkişafının başlanğıc etapında morfoloji dəyişikliklər ağciyər toxumasının iltihabi infiltiratlar hesabına bitişməsi ilə xarakterizə edilir. Sonralar infiltiratın mərkəzində ətraf toxumadan hüdudla ayrılan boşluq formalaşır. Bu zaman irinli parçalanma meydana gəlir. Absesin divarları iltihabı hüceyrələrdən ibarət olur, absesin içərisində isə duru və pastaya bənzər iltihab olur. Xəstəlik xroniki hala keçdikdən sonra daxili divarlarda kistaya bənzər boşluqlar meydana gəlir. Bu boşluqlar nadir halda bitişir.
Ağciyər absesinin formalaşması prosesi 10-12 gün davam edir. Bu müddətdə xəstəliyin gedişi pnevmoniyanın gedişi kimi olur. Xəstəliyin ilkin dövrlərində xəstələrdə aşağıdakı ümumi əlamətlər olur:
- ümumi zəiflik
- əzginlik
- titrətmə
- az bəlğəmli öskürək
- qanhayxırma
- döş qəfəsində ağrı
- yüksək hərarət
Ağciyərlərdə az miqdar abses olduqda belə xəstələrədə intoksikasiya ilə şərtlənən təngnəfəslik müşahidə edilir. Xəstələrin ətraflarında zəif sianoz müşahidə edilir. Xroniki abses zamanı xəstələrin barmaqları baraban çubuğuna bənzəyir, xəstə uzandığı zaman məcburi olaraq zədələnmiş tərəfi üstündə uzanır. Qəflətən çoxlu miqdar (ağız dolusu) pis qoxulu bəlğəm ifrazı ağciyər absesinin deşilərək bronxa axması əlamətini bildirir. Bu zaman xəstələrdə yaxşılaşma və bədən hərarətinin enməsi qeyd edilir.
Xəstəliyə diaqnozun qoyulmasında rentgenoloji və laborator müayinələrin, bronxoskopiyanın nəticələri əsas götürülür.
Müalicə zamanı güclü antibiotiklərdən, vitaminlərdən, hormonal terapiyadan və s. istifdə edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual