Akar azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi - FOTO
10:13 18.02.2021
Arxiv
472
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar torpaqlarını xilas edəcəyinə söz verən azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.
“TRT Avaz” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani Akarın məktubunu Məmiyevin Yardımlı rayonunun Kürəkçi kəndində yaşayan ailəsinə çatdırıb.
“Ermənistanın işğalı altında olan ərazilərini azad edən şanlı Azərbaycan ordusunun 44 günlük qəhrəmanlıq mübarizəsində ağır yaralanan baş leytenant Valeh Memiyevin şəhid olması bizi çox kədərləndirdi. Baş leytenant Valeh vətən torpağını işğaldan qurtaracağı barədə verdiyi sözü tutub, Qubadlının yaşayış yerlərinin azad edilməsindən sonra şəhidlik zirvəsinə ucalıb.
Şəhidlərimizin və qazilərimizin cəsarəti, qəhrəmanlığı və fədakarlığı heç vaxt unudulmayacaq”, - deyə məktubda qeyd edilir.
Dövlətinin bütün imkanları ilə sona qədər Azərbaycanın yanında olacağını vurğulayan Akar Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.
Baş leytenant Valeh Məmiyev 13 avqust 2020-ci il tarixində Azərbaycanda təşkil edilmiş Türkiyə-Azərbaycan Ortaq Təlimində fərqlənən əsgərlərdən biri olub.
Təlimdən sonra Akar Məmiyevə mükafat təqdim edib, xatirə şəkli çəkdirib və bir müddət onunla söhbətləşib.
Akar Məmiyevə “Təlimdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox xoşdur. Ancaq əsas vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı xilas etmək olmalıdır. Buradakı müvəffəqiyyətinizi döyüş meydanında da təkrarlamalısınız” deyib.
Məmiyev isə bildirib ki, “Biz Ali Baş Komandandan əmr gözləyirik. Əmr gəldiyi an torpaqlarımızı qurtaracağıq və sizin istəyiniz yerinə yetiriləcək”.
Baş leytenant Məmiyev 27 sentyabr-10 noyabrda davam edən 44 günlük müharibə zamanı Qubadlı rayonunda bir çox yaşayış məntəqəsinin Ermənistanın işğalından azad edilməsində iştirak etdikdən sonra yaralanıb.
O, müalicə edildikdə “İndi məqsədimə çatdım. Qardaş Türkiyənin Müdafiə Naziri Akara verdiyim sözə əməl etdim. Vətən sağ olsun!” deyib və bir müddət sonra şəhidlik zirvəsinə ucalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
18:05 29.07.2026
Region
Hamıya kök hüceyrə vurmaq olmaz - Həkimdən vacib AÇIQLAMA
18:03 29.07.2026
Sağlamlıq
Medvedev: Rusiyanı xilas etməyin ancaq bir yolu var
17:58 29.07.2026
Dünya
Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel aşkar edilib
17:49 29.07.2026
Dünya