AKP sözçüsü: “Həddini aşan iranlı siyasətçilər Prezident Ərdoğan haqqında danışanda sayğılı olmalıdırlar”
10:49 12.12.2020
Arxiv
419
“Həddini aşan iranlı siyasətçilər Prezident Rəcəb Tayyib Ərdoğan haqqında danışanda sayğılı olmalıdırlar. Çətin anlarda İranın dostu olan Prezidentimizə hücum edənlər öz ölkələrinin düşmənlərini sevindirirlər”.
APA-nın məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “Twitter” hesabında yazıb.
AKP sözçüsü bəzi İran siyasətçilərinin Türkiyə Prezidenti haqqında istifadə etdikləri çirkin dili qınadıqlarını bildirib: “Hər kəs İranın üzləşdiyi sanksiya və embarqolara susanda yalnız Prezidentimiz buna qarşı çıxmışdı”.
“Bu gün azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmələrinə sevindiyimiz, sevinənlərlə yan-yana olduğumuz gündür. Bundan narahat olanlar öz fikirlərini nümayiş etdirirlər. Prezidentimiz haqlıların yanında durmağa, haqsızlıq qarşısında susmamağa davam edəcək. Biz erməni işğalına qarşı Azərbaycanın yanındayıq. Qardaş İranı da haqsızlıqlardan qorumağa davam edəcəyik”, - deyə Ö. Çelik vurğulayıb.
Qeyd edək ki, Ərdoğanın Bakıda keçirilən Zəfər paradında Araz çayı haqqında söylədiyi şeir İran tərəfinin narazılığına səbəb olub. İran xarici işlər naziri Cavad Zərif Ərdoğanın bu şeiri söyləməsini qınayıb, Türkiyə səfiri İran XİN-ə çağırılaraq, izahat tələb olunub. Eyni zamanda İran tərəfinin bu addımına görə, bu ölkənin səfiri də Türkiyə XİN-ə çağırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya