Almaniyanın “Deutsche Welle” telekanalında Ermənistanın Gəncəyə raket hücumu barədə reportaj yayımlanıb
19:58 21.10.2020
Arxiv
434
Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda Qarabağ uğrunda gedən döyüşlərin ətraf ərazilərdə getdikcə daha çox mülki şəxsi əhatə etdiyi bildirilir. Telekanalın müxbiri Yulia Hahn Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən hazırladığı reportajda oktyabrın 17-nə keçən gecə raket atəşi nəticəsində dağılan yaşayış massivinə baş çəkib. Alman jurnalist raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları arasında sakinlərlə söhbət edib. Evi tamamilə dağılmış Gəncə sakini Rəqibə Quliyeva gecə baş verən hadisədən danışır. O, vaxtilə çoxlu yaşayış evinin olduğu məhəllənin raket atəşi nəticəsində viran qaldığını söyləyir. Videokadrlardan da görünür ki, gəncəli xanım dağıntılar arasında öz ev əşyalarını tanıyır və onları toplamağa çalışır.
Jurnalist həmin qanlı gecədə həlak olmuş 13 sakinin xatirəsinə hazırlanan anım guşəsinə də baş çəkir. Qeyd edilir ki, Gəncə sakinləri raket zərbəsi nəticəsində həlak olanların xatirəsini yad etmək üçün məhz buraya baş çəkir, gül dəstələri və öldürülən uşaqlara görə oyuncaqlar gətirirlər. Guşədəki lövhələrdə sakinlər bu hadisənin günahkarını da qeyd ediblər: Ermənistan ordusu.
Y.Hahn bildirir ki, Dağlıq Qarabağdan onlarla kilometr uzaqda yerləşən Gəncənin sakinləri müharibənin birbaşa onları da ağuşuna alacağını heç ağıllarına belə gətirməzdilər. Lakin ötən həftəsonu şəhərin bu məhəlləsindəki evlər dağıldıqdan sonra artıq hamıya aydındır ki, bu münaqişə istənilən zaman və bütün istiqamətlər üzrə kəskinləşə bilər.
Gəncənin mərkəzində sakinlərlə müsahibələr əsasında insanların vətənpərvər ruhda olduqları, onların Azərbaycan Silahlı Qüvvələrinə inandıqları qeyd edilir. Sakinlər döyüşlərdə iştirak üçün könüllü yazıldıqlarını, düşməndən qorxmadıqlarını, Vətən üçün candan keçməyə hazır olduqlarını və tezliklə Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalanacağına inandıqlarını söyləyirlər.
Yekunda isə qeyd edilir ki, Gəncəyə olan hücumlardan sonra Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməyə tam haqqı çatır. Bu fikri bütün şəhər sakinləri, eləcə də dağılmış evinin qalıqları arasında özünə yeni gün-güzəran qurmalı olacaq Rəqibə Quliyeva söyləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm