Alxanlı kəndinin atəşə tutulması davam edir - FOTO

Füzuli rayonunun kəndlərinin atəşə tutulması davam edir.
Oxu.Az-ın müxbiri Alxanlı kəndində olub və son iki gündə baş verən atəş nəticəsində baş verən dağıntıları videoya çəkib.
Bu çəkilişlər zamanı belə kəndin atəşə tutulması davam edir.
Qeyd edək ki, Alxanlı kəndi Füzuli rayonunun ən böyük və ən sıx məskunlaşılan ərazilərindən biridir.
Müxbirimizin xəbər verdiyi kimi, kəndin bütün sakinləri yerindədir, işlərini davam etdirirlər, davamlı atəşə tutulmasına baxmayaraq kəndlərini tərk etməyəcəklər.