Amansızcasına qətl törədən qardaşların işi MƏHKƏMƏDƏ
13:43 01.09.2020
Arxiv
867
Bu il mart ayında baş verən qətl hadisəsi ilə bağlı iş məhkəməyə göndərilib.
Baş Prokurorluqdan Lent.az -a daxil olan xəbərə görə, martın 6-da Abşeron rayon sakini Zərnişan Hacıyevanın üzərində zorakılıq əlamətləri olan meyitinin Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində, Natiq Talıbovun üzərində zorakılıq əlamətləri olan meyiti isə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aşkar edilib.
Bu faktlar üzrə Xəzər və Sabunçu rayon prokurorluqlarında başlanmış cinayət işləri vahid icraatda birləşdirilməklə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilib.
Cinayət işinin xüsusi mürəkkəbliyi nəzərə alınaraq, istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla Zərnişan Hacıyevanın əri Anar Hacıyevin qardaşı Sakit Hacıyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında arvadı ilə həmkəndlisi və qonşusu Natiq Talıbovu qısqanclıq zəminində onlardan qisas almaq məqsədilə hər iki şəxsə çoxsaylı bıçaq zərbələri vuraraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Anar və Sakit Hacıyevlər Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Avqustun 31-də isə tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə