AMEA-nın doktorantura və dissertanturasında 226 plan yeri boş qalıb
13:09 12.05.2020
Arxiv
695
“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorantura və dissertanturasının boş qalan plan yerlərinə qəbul aparılmayacaq”.
Bu barədə APA-ya AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi Fail Kazımov deyib. O bildirib ki, bu il bəzi səbəblərdən plan yerləri boş qalıb: "Nazirlər Kabinetinin qərarı ilə bu ildən dissertantlar ilk dəfə olaraq xarici dildən imtahan veriblər. Bu vaxtadək dissertantlar xarici dildən imtahan verməmişdilər, yəni imtahana hazırlaşmamışdılar. Hazırlaşmadıqlarına görə onların əksəriyyəti imtahandan kəsildi. İkinci səbəb isə sənədlərin qəbulundakı şərtlərdəki müəyyən dəyişikliklərlə bağlıdır. Şərtlərə görə, ən azı 2 il elmi-təşkilatı fəaliyyətlə məşğul olan şəxslər sənəd verə bilərdi. Amma əvvəlki qaydalarda fərqli idi. Qaydaya əsasən, faktiki olaraq hər hansı şəxs elmi-tədqiqat müəssisəsində işləyirdisə, o, sənəd verə bilirdi. İndi dissertant olmaq istəyənlər azı 2 il elmi və ya elmi-pedoqoji iş stajına malik olmalıdır”.
F.Kazımov qeyd edib ki, şərtlərə uyğun olmayanlardan sənəd verənlər olub: “Biz də araşdırdıq, şərtlər uyğun olmadığına görə onların sənədləri ləğv olundu. Hər il dissertanturada bu qədər boş yer qalmırdı. Bu da builki dəyişikliklərlə bağlıdır”.
Qeyd edək ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturada 35, elmlər doktoru hazırlığı üzrə doktoranturada 8, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturada 163, elmlər doktoru hazırlığı üzrə dissertanturada 20 plan yeri boş qalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat