ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdü

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaranı - Zeynalov Telman Bəbir oğlu minatəmizləmə əməliyyatı həyata keçirərkən Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minaya (PMN-Э) düşüb.

"Sherg.az"a bu barədə ANAMA-dan məlumat verilib.