Anar Kərimov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb
08:19 19.11.2020
Arxiv
442
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, səfiri salamlayan Anar Kərimov Azərbaycanla İsrail arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etməsinin iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb. Bu günlərdə Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsindən söz açan nazirin birinci müavini Ermənistan ordusunun yaşayış məntəqələrimizə, dinc əhaliyə qarşı hücumları barədə danışıb. Gəncəyə raket zərbəsindən sonra səfir Corc Dikin oraya gedərək bu insanlıq əleyhinə cinayəti öz gözləri görməsini təqdirlə qeyd edən Anar Kərimov göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Ölkəmizin dünyada mədəniyyətlərarası dialoqa töhfəsindən bəhs edən Anar Kərimov Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsünün beynəlxalq platformaya çevrildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayırlar. Ölkəmizdəki yəhudi icması da cəmiyyətimizin tərkib hissəsidir. Yəhudi icması Azərbaycan xalqı ilə tarixən mehriban şəraitdə yaşayıb, bu gün də ölkəmizin inkişafına öz töhfəsini verir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli Qəhrəman Albert Aqarunovla xalqlarımız qürur duyur.
Səfir Corc Dik səmimi qəbula görə təşəkkürünü bildirərək iki xalqın əsrlərə dayanan dostluq münasibətlərinin bu gün Azərbaycan və İsrail arasında sıx əməkdaşlığa zəmin yaratdığını vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin müxtəlif sahələrdə inkişafını qeyd edən diplomat respublikamızın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün model olduğunu deyib.
Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığa nəzər salınıb, müxtəlif sahələr üzrə mübadilənin genişləndirilməsi, müvafiq fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Mədəniyyət sahəsində birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edən səfir bildirib ki, caz musiqisi, Azərbaycan muğamı və yəhudi musiqisi ilə bağlı birgə layihələr həyata keçirilə bilər.
Söhbət zamanı yaradıcı sənayelər sahəsində əməkdaşlığın qurulmasının vacibliyi də qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda ABŞ səfirliyinin qarşısında avtomobil partlayıb
01:30 20.02.2026
Dünya
İsrail Suriyanın cənubunu atəşə tutdu
01:03 20.02.2026
Dünya
Danimarka İrana məxsus gəmini saxladı
00:39 20.02.2026
Dünya
BMT ABŞ və İranı dialoqu davam etdirməyə çağırıb
23:59 19.02.2026
Dünya
Türkiyə Qəzzaya heyət göndərməyə hazırdır - Fidan
23:44 19.02.2026
Gündəm
Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
23:23 19.02.2026
Dünya
Makron Ermənistana gəlir - Təcili
22:09 19.02.2026
Dünya
ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq
21:30 19.02.2026
Dünya
Stiv Uitkoff Türkiyəyə belə təşəkkür etdi
21:18 19.02.2026
Dünya
Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi
21:07 19.02.2026
Cəmiyyət
Tramp: Bizə bəzi ölkələr lazım deyil, çünki onlar baş ağrısıdırlar
20:54 19.02.2026
Dünya
Çətin mərhələ başladı:Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR
20:36 19.02.2026
Maraqlı
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya