Ankarada Gəncə və Bərdə terrorunun qurbanları yad edildi
12:10 04.11.2020
Arxiv
490
Ankara Musiqi və İncəsənət Universitetində Gəncə və Bərdə şəhərlərində törədilən terror aktları qurbanlarının xatirəsinə həsr edilən anım konserti keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Sherg.az"a verilən məlumata görə, “Bir millət, iki dövlət, tək ürək!” devizi ilə keçirilən tədbirdə azərbaycanlı ziyalılar, yerli ictimaiyyətinin nümayəndələri, Ankara Musiqi və İncəsənət Universitetinin professor, müəllim və tələbə heyəti iştirak edib. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın xalq artisti Azərin, Azərbaycan Respublikasının əməkdar artisti Toğrul Qəniyev və digər azərbaycanlı və türkiyəli sənətçilər çıxış ediblər.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Ankara Musiqi və İncəsənət Universitetinin rektoru, professor Erol Parlak çıxış edərək iki ölkə arasındakı əzəli dostluq, qardaşlıq münasibətlərindən söz açıblar. Mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalarla Bərdə rayonunun dinc əhalisinin hədəfə alınmasının müharibə cinayəti olduğu vurğulanıb. Tədbir boyunca rəssamlar tərəfindən kətan üzərinə yağlı boya ilə çəkilən Azərbaycan və Türkiyə bayraqları nümayiş olunub, Ankara Musiqi və İncəsənət Universitetinin əsas binasının üzərində hər iki dövlətin bayraqları asılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət