Aqil Abbas: "BQXK-nin girovlarla görüş təşkil etməsi yaxşı haldır"




Girovların azad olunması məsələsinin dünya birliyinin diqqətinə çatdırılması üçün beynəlxalq qurumların belə görüşlər keçirməsi zəruridir. 

Bunu Sherg.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin(BQXK) girovlarımız -Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşünə münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib. 
Deputatın sözlərinə görə, BQXK tərəfindən girovlarla görüşlərin təşkil olunması yaxşı haldır: " 

Görüşlərin həlledici nəticələri olmasa da, ən azından Dilqəm və Şahbazın ailələri onlar haqqında məlumatları əldə edir və nigaran qalmırlar. Təbii ki, oradan gələn məktubların necə şəraitdə yazdırılması və obyektivliyi əks etdirib-etdirməməsi haqqında dəqiq fikir söyləmək olmur. Lakin beynəlxalq arenada bu məsələnin qaldırılması üçün belə görüşlər kifayət qədər əhəmiyyətli olacaq”.
Qeyd edək ki, BQXK-nın nümayəndələri öz dədə-baba yurdları olan Kəlbəcərdə girov saxlanılan D.Əsgərov və Ş.Quliyevlə görüş keçirib. Girovlara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.

Aysel Aslan