Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynada siyasi sistemin dağıldığını və Vladimir Zelenskinin legitimliyini itirdiyini iddia edib.
Sherg.az xəbər verir ki, Volodin Telegram kanalında yazıb ki, Ukrayna vətəndaşları qorxu içindədir, qanunlar işləmir, fərqli mövqedə olan KİV-lər isə çoxdan bağlanıb. Onun sözlərinə görə, Zelenski müxtəlif bəhanələrlə seçkilərdən yayınır.
Rusiya parlamentinin spikeri, həmçinin Qərb ölkələrini Ukraynaya silah və sursat tədarükü vasitəsilə ölkə üzərində təsirlərini qoruyub saxlamağa çalışmaqda ittiham edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da daha əvvəl Ukraynada seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb və ölkəyə Rusiya ilə razılığa gələ biləcək yeni liderin lazım olduğunu bildirib.