Aqil ABBAS: GÖYDƏ ALLAH, YERDƏ MÖHTƏRƏM PREZİDENT QAPINI AÇSIN
12:36 04.09.2020
Arxiv
716
Tofiq Yaqublunu geniş təqdim etməyə ehtiyac yoxdur. Həm bir Qarabağ qazisi kimi, həm də bir siyasətçi kimi ölkədə ən çox tanınan şəxslərdən biridir.
Xırda bir avtoqəza nəticəsində baş verən bir anlaşılmazlığa və Yaxadartmaya görə, 5 aydı həbsdə yatırdı. Heç ağır cinayət hadisələrinin istintaqı 5 ay çəkmir. Amma nədənsə Yaqublunun istintaqı bu qədər uzandı. Nəticədə məhkəmədə hakim (hakimin adını o qədər yazıblar ki, mənim təkrar eləməyimə ehtiyac yoxdu) Tofiq Yaqubluya hökm oxudu: cəzasını ciddi rejimli həbsxanada çəkməklə 4 il 3 ay. İkinci Dünya Müharibəsi 4 il çəkmişdi, Yaqublunun cəzası 3 ay artıq oldu.
Ölkədə möhtərəm prezident İlham Əliyev qətiyyətlə bütün sahələrdə islahatlar aparır. Görünür, bu islahatlar hələ məhkəmə hüquq sisteminə gəlib çatmayıb.
Və istintaq, eləcə də məhkəmə demək olar ki, heç kimi inandıra bilmədi ki, Tofiq Yaqublu belə bir xuliqanlıq edib və s. və ilaxır. Yəni qərəz açıq-aydın göründü.
Axı belə bir vaxtda bir Qarabağ qazisini (heç Qarabağ qazisi olmasın), bir ictimai-siyasi xadimi (heç ictimai-siyasi xadim də deyil, adi sıravi vətəndaşdı) bu qədər sərt cəzalandırmaq, beynəlxalq aləmdə ölkəmizin nüfuzuna kölgə salmaq kimə və nəyə sərf edir?! Ən azı iqtidara sərf etmir!
Mən inanıram ki, möhtərəm prezident İlham Əliyev həmişəki kimi öz humanistliyini göstərəcək və bu məsələdə ədalətli mövqe tutacaq. Lap günahı olsa da, arzulayıram ki, hörmətli dövlət başçımız Tofiq Yaqublunu əfv etsin.
Necə deyərlər, göydə Allah, yerdə möhtərəm Prezident Tofiq Yaqublunun qapısını açsın!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm