AQTA: Azərbaycan “quş qripi” xəstəliyinə görə riskli ölkə sayılır
13:10 28.01.2021
Arxiv
560
“Quş qripi ilə bağlı monitorinqlərin keçirilməsində əsas məqsəd ailə təsərrüfatları, təbiət ərazilərində yüksək patogen quş qripi təhlükəsi olan quşun olub-olmamağını öyrənməkdir.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” sosial şəbəkəsindəki “Təhlükəsiz qida” adlı onlayn verilişində respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.
Onun sözlərinə görə, noyabr, dekabr və yanvar aylarında monitorinqlər həyata keçirilib, həm epizootoloji, həm də monitorinq müayinələrinin nəticəsində xəstəliyə hər hansı şübhə olmayıb:
“Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı təşkilatının üzvüdür. Bu təşkilatın xətti ilə ölkələrdən heyvan xəstəlikləri barədə məlumatlar daxil olur. Məqsəd məlumatları əldə edərək xəstəliklərdən qorunmaq, xəstəliklərin ölkəyə daxil olmasının qarşısın almaqdır. Bu mövsümdə xüsusilə yüksək patogenli quş qripinin artma tendensiyası davam edir. Xüsusən Avropa ərazisində, ticarət əlaqələrimizin geniş olduğu bir sıra dövlətlər, eyni zamanda, İran, Rusiya, Qazaxıstan, Ukraynada bu xəstəlik var. Adekvat olaraq müəyyən tədbirlər həyata keçirməyə başlamışıq. Quş qripi xəstəliyi köçəri quşlar vasitəsilə yayılır. Bizim ölkəmizdə köçəri quşların həm daimi, həm də müvəqqəti məskunlaşma yerləri var. Ona görə Azərbaycan bu xəstəliyə görə riskli ölkə sayılır".
Onun sözlərinə görə, birinci görülməli profilaktik tədbir budur ki, istər kiçik ailə təsərrüfatları, istərsə də iri kommersiya təsərrüfatlarında ev quşlarının köçəri və çöl quşları ilə, xüsusilə qarğa, göyərçin, sərçə ilə təmasının qarşısı alınsın: "Bu quşlara qulluq zamanı şəxsi gigiyena vasitələrinə əməl olunmalıdır. Eyni zamanda, səbəbi məlum olmayan tələfat aşkarlandıqda dərhal müvafiq qaydada məlumat verilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi