“Aşura günü ilə əlaqədar qadağaya əməl edilməlidir” - İlahiyyatçı
Fidan Həmişəyeva
15:40 31.08.2020
Arxiv
655
Bu il Məhərrəm ayı və Aşura dünyanın qarşılaşdığı çətin sınaq dövrünə- koronavirusla bağlı yaranmış təhlükəli və riskli şəraitə təsadüf edir. Bütün dünyada, o cümlədən Azərbaycanda kütləvi tədbirlər qadağan olunub. Xalqımızın sağlamlığı naminə məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda dini mərasimlər keçirilməyəcək. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayır.
Lakin bu hal bəzi vətəndaşların narazılığına səbəb olur. Dini ayini yerinə yetirmək istəyən şəxslər yoluxma təhlükəsini düşünmürlər. Ona görə də verilən qərarlarla razılaşmaq istəmirlər.
İlahiyyatçı, din xadimi Rəşid Talıbov “Sherg.az”a açıqlamasında bildirib ki, Aşura günü ilə əlaqədar ölkəmizdə kütləvi məclislərin qadağan edilməsi bəzi vətəndaşları kədərləndirsə də, dövlətin qoyduğu qaydalara əməl edilməlidir. Din xadimi vurğulayıb ki, məlum vəziyyətlə əlaqədar dini mərasimlərin keçirilməsi qadağan edilib. Lakin həkimlərin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq göstərişi ilə müəyyən şərtlərə uyğun olaraq tədbirlər keçirilsəydi, vətəndaşlar narazı qalmazdı:
“Bu zaman bəzi insanlar sui-istifadə hallarına da yol verməzdilər. Çünki dövlət başçısı icra başçılarına tapşırıqlarında dedi ki, nə badə xalqı qıcıqlandırasınız... Dəfələrlə vurğulanıb ki, tarixi ənənələrimiz qorunub-saxlanmalıdır. Belə situasiyalar olanda həkimlərin, əlaqədar mütəxəssislərin, Operativ Qərargahın, Dini Komitələrlə İş üzrə Dövlət Komitəsinin ortaq qərarı ilə addımlar atılmalıdır. Dini məclislər tamamilə qadağan edilibsə, təbii ki, dövlətimizin verdiyi qərarlara və qanunlara riayət etmək lazımdır. Çünki özbaşınalıq olsa, əhali əziyyət çəkə bilər, nizam-intizam və asayiş pozular. Bu baxımdan bütün əhalinin məsuliyyətli olması lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol