ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana səfər edib
04:44 16.02.2021
Arxiv
473
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Gürcüstanda rəsmi səfərdədir. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Ann Linde Gürcüstan Baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani ilə görüşəcək və tərəflər ATƏT-ə sədrlik edən İsveçlə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Gürcüstan XİN-in məlumatında qeyd olunub ki, Rusiya-Gürcüstan münaqişəsinin nizamlanması istiqamətində aktiv iştirak İsveçin təşkilata prezidentliyinin əsas prioritetlərindən biridir.
Ann Lindenin səfər çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Giorgi Qaxaria, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Gürcüstan parlamentinin sədri Arçil Talakvadze, parlament üzvləri, həmçinin vətəndaş cəmiyyəti ilə İsveçin sədrlik prioritetlərini müzakirə edəcəyi bildirilib.
Qeyd edək ki, Ann Linde daha əvvəl 2020-ci ildə İsveçin XİN başçısı kimi Gürcüstana səfər edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
18:16 23.06.2026
Dünya
Polşa Baş naziri: Ölkədə anti-Ukrayna ab-havası hökm sürür
17:57 23.06.2026
Dünya