ATƏT PA ilk dəfə Dağlıq Qarabağda keçirilən "seçki"ləri sərt tənqid edib
19:31 09.04.2020
Arxiv
745
ATƏT PA-nın Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və təhlükəli adlandırdı
ATƏT Parlament Assambleyasının Bürosu Dağlıq Qarabağda keçirilən "seçkiləri" qeyri-qanuni və ictimai sağlamlığa təhlükə adlandırdı. Bu barədə bu gün ATƏT Parlament Assambleyasının yaydığı açıqlamada qeyd olunur.
Lent.az xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti və büro üzvü Azay Quliyev qurumun qəbul etdiyi qərarla bağlı ətraflı məlumat verib.
Azay Quliyev məlumatı təsdiq edərək bildirib ki, son günlər ATƏT PA-nın prezidenti Georgi Tsereteliyə, baş katib Roberto Montella və Büro üzvləri ilə apardığı müzakirələrdə martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində təşkil olunan "seçkilər"ə Parlament Assambleyasının münasibət bildirməsini xahiş edib və qurumun bu qanunsuz siyasi şouya qəti mövqe bildirməsini və pisləməsini istəyib:
"Uzun müzakirələrdən sonra aprelin 2-də ATƏT PA rəsmi "Tvitter" səhifəsində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədikləri haqqında fikir bildirib və qrupun Dağlıq Qarabağdakı "seçkilər" haqqında verdiyi bəyanatın mətnini paylaşıb. Lakin mən bunun yetərli olmadığını və Parlament Assambleyasının işğal altındalı ərazilərdə keçirilən qanunsuz seçkilərə ayrıca münasibət bildirməsinin vacibliyini qeyd etdim. Hətta məsələyə aprelin 7-də ATƏT PA-nın prezidenti Georgi Tsereteliyə, Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi Komitəsinin sədri Riçard Hadsona və ATƏT PA-nın Baş katibi Roberto Montellaya rəsmi məktub ünvanlayaraq narazılığımı ifadə edərək Ermənistanın Dağlıq Qarabağda təşkil etdiyi bu "seçkilər"in ATƏT PA tərəfindən qeyri-qanuni elan edilməsinin vacibliyini vurğuladım və Assambleyanı müvafiq addımlar atmağa çağırdım".
Azay Quliyev bildirib ki, dünən, yəni aprelin 8-də ATƏT Parlament Assambleyası rəhbərliyinin və Büro üzvlərinin video konfransı keçirilib:
"Biz beynəlxalq gündəmin bir sıra aktual məsələləri, o cümlədən COVID-19 pandemiyası və onun yaratdığı təhlükələrin qarşısının alınması, koronavirus şəraitində ATƏT PA-nın fəaliyyətinin davamlılığının təmin edilməsi imkanları, eləcə də regionda davam edən münaqişələrə dair hazırkı vəziyyəti müzakirə etdik.
Videokonfrans çərçivəsində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 31 mart 2020-ci ildə keçirilən qanunsuz prezident və parlament "seçkilər"i məsələsini bir daha qaldırdım. ATƏT ərazisindəki münaqişə zonalarında öz müqəddəratını təyin etmə hüququ adı ilə qanunsuz separatist fəaliyyətlərin həyata keçirilməsinin Helsinki Yekun Aktı və ATƏT-in norma və prinsipləri ilə tam olaraq ziddiyət təşkil etdiyini ATƏT PA rəhbərliyi və Büro üzvlərinin nəzərinə çatdıraraq qeyd etdim ki, ATƏT Parlament Assambleyası bütün mövcud hallarla bağlı vahid yanaşma sərgiləməlidir.
Bunun nəticəsində ATƏT PA ilk dəfə olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən "seçki"ləri sərt tənqid edərək, onu haqlı olaraq qeyri-qanuni adlandıran və koronavirus pandemiyası fonunda ictimai sağlamlığa təhlükə kimi xarakterizə edən müvafiq bəndləri bugünkü press-relizinə
(https://www.oscepa.org/news-a-media/press-releases/2020/osce-parliamentarians-endorse-un-sg-s-global-ceasefire-call-discuss-european-response-to-covid-19-pandemic-and-plan-pa-activities) daxil etdi".
"Mən hesab edirəm ki, ATƏT PA-nın rəsmi press-relizində Dağlıq Qarabağdakı qanunsuz seçkilərə ilk və açıq mövqe sərgiləyərək onu qeyri-legitim adlandırması siyasi baxımdan çox mühüm məsələdir və qurumun gələcəkdə qəbul edəcəyi qərarlar üçün yaxşı bazadır", - deyə o əlavə edib:
"Bu bir daha onu göstərir ki, Ermənistanın işğalçılıq siyasəti heç bir perspektivə malik deyil və beynəlxalq ictimaiyyət təcavüzkar ölkənin bu cür destruktiv fəaliyyətini qətiyyətlə rədd edir. Bu cür mühüm məsələ ilə bağlı nümayiş etdikləri birmənalı və obyektiv yanaşmaya görə ATƏT PA-dakı həmkarlarıma təşəkkür edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media