Avropada koronavirus pandemiyanın ikinci dalğası yaşanır - VİDEO
06:25 26.09.2020
Arxiv
602
Fransada son sutka ərzində koronavirusa 16 mindən çox yeni yoluxma qeydə alınıb.
Təxminən altı min xəstə stasionar müalicə alır, onlardan 1000 nəfərdən çoxu reanimasiya şöbələrinə yerləşdirilib.
“Euronews” xəbər verir ki, rəsmi Parisin göstərişindən sonra Marseldə karantin ilk növbədə iaşə müəssisələrini və idman salonlarının fəaliyyətinə ziyan vurub, nəticədə yerli rəsmilər Fransanın baş naziri Jan Kasteksə qarşı məhkəmə iddiası qaldırıblar.
Fransanın Baş naziri isə etirazlara cavab olaraq bildirib ki, hökumət epidemioloji vəziyyətə uyğun olaraq qərar qəbul edir.
İspaniyada da vəziyyət fərqli deyil. Ölkədə COVID-19-un qeydə alındığı gündən bəri 700 mindən çox şəxsin pandemiyaya yoluxduğu aşkar edilib, sutka ərzində virusdan ölənlərin sayı 84-ə yüksəlib, ümumi ölüm sayı isə 31 mini keçib.
Madriddə əsasən kasıbların yaşadığı məhəllələrdə 850 min sakin təcridetmə şəraitində yaşayır. Onlara yalnız alış-veriş etməyə, işə getməyə və uşaqlarını məktəbdən götürməyə icazə verilir.
Böyük Britaniyada isə pablar və barlar axşam saat 22:00-ə qədər açıqdır, İcmalar Palatasının rəhbəri isə bildirib ki, hökumət epidemiyanın ikinci dalğasının öhdəsindən gəlmək üçün özünə altı ay vaxt qoyub.
Rəsmilər virusa yoluxanların mümkün əlaqələrini izləməyə kömək edəcək mobil tətbiqi yükləməyi tövsiyə edir.
Qeyd edək ki, dünyada COVID-19 virusuna yoluxanların ümumi sayı 32 milyonu keçib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət