Avroviziya 2021-in formatı müəyyənləşib
17:07 02.03.2021
Arxiv
480
Avroviziya mahnı yarışmasının təşkilatçıları 2021-ci ildə keçiriləcək tədbiri ikinci ssenari üzrə həyata keçirmək niyyətindədirlər. Plana əsasən, bütün iştirakçılar sosial məsafəni qorumalıdırlar.
TASS xəbər verir ki, bu barədə yarışın təşkilatçıları tərəfindən yayılan press-relizdə məlumat veirilib.
“Avroviziya mahnı yarışmasının ruhu və ənənəsi Avropanı eyni səhnədə bir araya gətirməkdir və biz Rotterdamda buna nail olmaqda qərarlıyıq”, -deyə müsabiqənin İcraçı direktoru Martin Osterdal bəyan edib.
“Rotterdamda canlı çıxış edən bütün sənətçilərlə birlikdə təhlükəsiz bir “Avroviziya” təşkil etmək planlarımızı həyata keçirəcəyik. Bu press-reliz niyyətimizin reallaşdırılması işinə sadiq olduğumuzu nümayiş etdirir”, - deyə o əlavə edib.
Mətbuata açıqlanan plana əsasən, bütün ifaçıların Hollandiyaya yola düşməzdən beş gün əvvəl karantin tətbiq etmələri tövsiyə olunur. Yarışmaya qatılmaq üçün yola düşmədən ən gec 72 saat əvvəl verilən COVID-19 üçün mənfi test nəticəsi mütləqdir. Hollandiyaya gəldikdən sonra iştirakçıların məşqlər, canlı ifalar və digər proqramla əlaqəli tədbirlər üçün konsert salonuna getmələri vacib olmadıqca, onların hotellərində qalmaları labüddür. Nümayəndə heyətinin üzvləri, ifaçılar və jurnalistlər daxil olmaqla yarışa qatılan bütün şəxslər səhnənin yanındakı xüsusi otaqda mütəmadi olaraq yoxlanacaqlar.
Builki müsabiqəyə qatılacaq nümayəndə heyətlərinin və media üzvlərinin də sayı azaldılacaq. İzləyicilərin şouya qatıla biləcəyinə dair qərar isə daha sonra veriləcək.
Xatırladaq ki, 65-ci “Avroviziya” mahnı yarışması 12-16 may 2020 tarixlərində Rotterdamdakı “Ahoy” konsert salonunda keçirilməli idi. Lakin ötən ilin martın 18-də Avropa Yayım Birliyi koronavirus pandemiyası səbəbi ilə müsabiqəni ləğv etmək qərarına gəldi.
Qeyd edək ki, builki yarışmanın finalı mayın 22-də Rotterdamda keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya