Avtobusları çirkləndirənlərə cəza tətbiqi mümkün olmayacaq, amma...
15:01 18.02.2017
Arxiv
718
“Əgər kimsə avtobusa zibil tökürsə, həmin şəxsdən onu yığışdırmağı tələb etmək lazımdır”
"BakuBus”un mətbuat xidmətinin rəhbəri Mansur Piriyev paytaxtımızda avtobusları çirkləndirən sərnişinlərə qarşı tədbirlərə başlanıldığını deyib. Onun sözlərinə görə, marşrut xəttindən qaraja qayıdan avtobusların salonuna diqqət yetirərkən heyrətlənməmək, təəssüf hissi keçirməmək mümkün deyil.
"Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən nələr aşkar olunmur? Müxtəlif növ məişət tullantıları, salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları və s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir”.
Bununla bağlı araşdırmaların aparıldığını deyən M.Piriyev kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin kimliyinin aşkar olunduğunu diqqətə çatdırıb: "Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək”.
Ümumi təmizliyə əməl etmək bütün sərnişinlərin borcu olsa da, bunu qəbul etməyənlər kifayət qədərdir. Hətta avtobusda olan bəzi valideynlər övladları qarşısında təmizliyi qorumur, müxtəlif məişət tullantılarını avtobusa və yola atır, bununla da ictimai mədəniyyəti övladına aşılamaqdan boyun qaçırır. Bəs görəsən, təmizliyə riayət etməyən sərnişinlər üçün hansı profilaktik tədbirlər görülməlidir?
Avtobusu çirkləndirdikləri üçün sərnişinlərə cərimə tətbiqinin çətin olduğunu deyən "Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov həmçinin müvafiq tədbirlərin də yerinə yetirilməsinin qəliz olduğunu söylədi:
"Çünki həmin tədbirləri görmək üçün sərnişinləri dəqiq müəyyən eləmək lazımdır. Bu isə kifayət qədər çətindir. Tutaq ki, "BakuBus” avtobuslarında kamera var, amma hər dəqiqə kameraya baxıb təmizliyə kimin əməl etmədiyini müəyyənləşdirmək olmur. Sonradan onu görəndə isə həmin adam artıq avtobusu tərk etmiş olur. Əsasən profilaktik tədbirlərə diqqət yetirilməlidir. Sərnişinlərə avtobusun ictimai əmlak olduğunu çatdırmaq, mədəni və səliqəli olmalarını bildirmək lazımdır. Həmçinin bu üsulla təbliğat və təşviqat aparılmalıdır. Bir də konkret faktlar olanda, həmin insanları məsuliyyətə cəlb eləmək olar. Əgər kimsə avtobusa zibil tökürsə, həmin şəxsdən onu yığışdırmağı tələb etmək lazımdır. Ölkəmizdə məişət tullantılarının lazım olmayan yerlərə atılmasına görə məsuliyyət var. Bunu tətbiq eləmək olar. Amma hansısa oturacağın yazılmasına görə bunu tətbiq etmək olmur. Bu zaman ancaq vurulmuş ziyanın ödənilməsindən söhbət gedə bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət