Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Gürcüstanın baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani ilə ikitərəfli görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıqların Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutduğu bildirilib.