Azərbaycan BMT-nin forumuna yeni hesabat təqdim edəcək
10:13 05.09.2020
Arxiv
516
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiq edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, bu məqsədlərdən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
Ötən dövr ərzində ölkəmizdə DİM-lərin səmərəli və əhatəli icrası istiqamətində bir sıra işlər görülüb, o cümlədən bu təşəbbüsə qoşulan ölkələrdə DİM-lərin icrasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və qabaqcıl təcrübələrin mübadiləsi məqsədilə hər il BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) üçün regionda ilk ölkə olaraq 2017-ci və 2019-cu ildə 2 Könüllü Milli Hesabat təqdim olunub.
Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan BMT-nin 2020-ci il üzrə Dayanıqlı inkişaf hesabatında dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 balından 72,6 bal toplayaraq 54-cü pillədə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 70,9-dur. Hesabata əsasən, Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su və enerji, davamlı şəhərlər və icmalar kimi DİM-lər üzrə irəliləyişlərə nail olub.
Bununla yanaşı, ölkəmiz YSSF-ya növbəti (3-cü) Könüllü Milli Hesabatın təqdim edilməsi barədə müraciət edib və Azərbaycan hesabat təqdim edəcək ölkələr siyahısına əlavə olunub.
İnkluziv və Dayanıqlı inkişaf, COVID-19 pandemiyası və postpandemiya dövrünün çağırışları, həmçinin DİM-lər üzrə həyata keçirilən tədbirlər, həmçinin əldə olunan nailiyyətlərə dair hazırlanacaq hesabat 2021-ci ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən təşkil ediləcək Yüksək Səviyyəli Siyasi Forumda təqdim olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq