Azərbaycan Kikboksinq Federasiyasına yeni prezident seçildi
09:10 09.09.2020
Arxiv
700
Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin onlayn iclası keçirilib. İclasda Əliyev Orxan Sədrəddin oğlu federasiyanın yeni prezidenti seçilib. Federasiyanın keçmiş prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə qurumun fəxri sədri seçilib.
Adil Əliyev yeni prezidentə inandığını bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Orxan Əliyev isə ona göstərilən etimada görə, təşəkkürünü ifadə edib və bu etimadı doğruldacağına söz verib: “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçilmək mənim üçün qürurvericidir. Amma eyni zamanda kifayət qədər ciddi və məsuliyyətli bir yükün altına girməyimin fərqindəyəm. Mənə göstərilən etimadı doğrultmağa, federasiyanı daha da irəli aparmağa çalışacağam. Azərbaycan Kiqboksinq Federasiyası ölkədə idmana töhfə verməyə davam edəcək”.
Qeyd edək ki, O.Əliyev 1981-ci il iyunun 20-də Qərbi Azərbaycanda anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Özəl sektorda uğurlu fəaliyyət göstərib.
Müxtəlif beynəlxalq biznes forumları və konfranslarda Azərbaycanı təmsil edib. Beynəlxalq idman yarışlarının təşkilatçısı və sponsoru olub. Azərbaycan, İngilis, türk və rus dillərini bilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Konqoda Eboladan ölənlərin sayı 500-ü ötdü
20:02 06.07.2026
Dünya
Rutte: Rusiya Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək
19:59 06.07.2026
Siyasət
Tramp: İranın nüvə silahı olmayacaq
19:54 06.07.2026
Siyasət
Tramp: Rusiya-Ukrayna sülhü yaxındır
19:50 06.07.2026
Siyasət
Tramp: Ağ Evin Cənubunda helikopter meydançası tikilir
19:40 06.07.2026
Dünya
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
19:37 06.07.2026
Futbol
YAP-ın İdarə Heyətinin növbəti iclası keçirilib.
19:25 06.07.2026
Ölkə
Səudiyyə Ərəbistanı neftin qiymətini endirdi
19:10 06.07.2026
İqtisadiyyat
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region