Azərbaycan parlamentində Tramp tənqid edildi




Milli Məclisin bu günkü iclasında millət vəkili Qüdrət Həsənquliyev ABŞ prezidenti Donald Trampı tənqid edib.

 Sherg.az-ın xəbərinə görə, Həsənquliyev deyib ki, Trampın qəbul etdiyi qərar dünyada islamofobiyaya yol açır: 

"Azərbaycanda bu il İslam Həmrəyliyi ili elan edilib. ABŞ demokratiyanın müdafiəçisi kimi özünü qələmə verdiyi halda, belə qərar qəbul etməsi utancdır. Azərbaycan ABŞ-ın müxtəlif qurumları, qeyri-hökumət təşkilatları tərəfindən tənqidə məruz qalıb. ABŞ-da bu günlərdə 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a buraxılmaması barədə qərar qəbul edib. Biz, Azərbaycanda siyasi partiyalar olaraq, buna etirazımızı bildirməliyik”.

Anar